Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkə pnevmokok infeksiyasına qarşı öz peyvəndini hazırladı

  • 2024.07.09 16:06
  • 687 Baxış
Bu ölkə pnevmokok infeksiyasına qarşı  öz peyvəndini hazırladı
Kubanın Dərmanlara və Tibbi Avadanlıqlara Nəzarət Mərkəzi pnevmokok infeksiyasına qarşı milli peyvəndi qeydə alıb.

Medicina.az xəbər verir ki, bu nailiyyət barədə məlumatı ölkə prezidenti Migel Dias-Kanel paylaşıb.

"Kuba elmi bunu yenidən etdi: uşaqlarımız üçün yeni peyvəndimiz var" deyə prezident özünün “X” səhifəsində yazıb.

“Söhbət pnevmoniya, meningit, otit və pnevmokok infeksiyasının yaratdığı digər xəstəliklərdən qoruyan Quimi-Viodan gedir”, - deyə o qeyd edib.

Prezident bunun 15 illik əməyin nəticəsi olduğunu vurğulayıb və “arzusunu gerçəkləşdirən” komandaya təşəkkür edib.

Məlumata görə, peyvəndin tədqiqi və hazırlanmasına 2012-ci ildə Kubanın bir neçə qurumunun nəzarəti altında başlanılıb.

Bu, kompleks peyvənddir. Peyvənd ilə xüsusilə tənəffüs infeksiyalarına yoluxmanın və bunun nəticəsində baş verən uşaq ölümlərinin qarşısının alınması hədəflənir.


Aysel